Berlində Xocalı soyqırımı anılacaq

Berlində Xocalı soyqırımı anılacaq
# 17 fevral 2012 21:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Almaniyanın paytaxtı Berlin şəhərində Xocalı soyqırımının 20-ci ildönümü anılacaq. Bu barədə APA-ya Berlində yaşayan soydaşımız Bədiyə Parlar məlumat verib. O bildirib ki, Türk Azərbaycan Birliyi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Berlin–Brandenburq Atatürkçü Düşüncə Dərnəyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbir 2012-ci il fevralın 24-də yerli vaxtla saat 19:00-da baş tutacaq: “Xocalı soyqırımı əsrin faciəsidir. Soydaşlarımız sırf azərbaycanlı olduqları üçün qətlə yetirildilər. Onların günahı türk millətinə mənsub olmaları idi. Bu, ermənilərin etnik təmizləmə siyasətinin bir parçasıdır. Xocalı soyqırımını dünya ictimaiyyəti tanımalı və öz siyasi qiymətini almalıdır. Odur ki, Berlində yaşayan azərbaycanlılar olaraq tədbirdə iştirak edəcəyik”. Bədiyə Parlar əlavə edib ki, ildönümü Berlin Türk Evində qeyd ediləcək: “Tədbirlə bağlı Azərbaycan və alman dillərində elan yayılıb. Məlumatda bildirilir ki, Azərbaycan və Türkiyənin Almaniyadakı səfirləri Pərviz Şahbazov və Hüseyn Avni Karslıoğlunun da iştirak edəcəyi tədbirdə Xocalı soyqırımına həsr olunan film də nümayiş olunacaq, məruzəçilər hadisə ilə bağlı nitq söyləyəcəklər. Həmçinin hadisənin şahidlərindən biri də ildönümündə çıxış edəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR