Kreditorlar: Yunanıstanın defolt elan etməsi avrozonaya 1 trln. avroya başa gələcək

Kreditorlar: Yunanıstanın defolt elan etməsi avrozonaya 1 trln. avroya başa gələcək
# 07 mart 2012 07:54 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstanın nəzarət olunmayan defoltunun vuracağı zərər ən azı 1 trln. avro təşkil edəcək. “APA-Economics”in xəbərinə görə, bu proqnozla Afinanın borclarını ödəməkdən imtina etməsinin nəticələrini qiymətləndirən Beynəlxalq Maliyyə İnstitutu (IIF) çıxış edib.

Yunanıstanın borclarının silinməsi üzrə danışıqlarda özəl kreditorları təmsil edən IIF mütəxəssislərinin fikrincə, Yunanıstan defolt elan edərsə, borc böhranının genişlənməsinin qarşısını almaq üçün Avropa Birliyinin bir neçə ölkəsinə maddi yardım göstərmək lazım gələcək.

IIF-ın hesablamalarına görə, İrlandiya və Portuqaliyaya beş il ərzində 380 mlrd. avro kredit dəstəyi göstərmək, İspaniya və İtaliyanı defoltdan xilas etmək üçün 350 mlrd. avro xərcləmək zərurəti yaranacaq. Həmçinin bankların zəruri rekapitalizasiyasına 160 mlrd. avro ayrılmalıdır. IIF Yunanıstan iqtisadiyyatına 177 mlrd. avro vəsait qoymuş Avropa Mərkəzi Bankının zərərini də qiymətləndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR