“Bakıelektrikşəbəkə” Azərbaycan paytaxtında elektrik enerjisi ilə bağlı problemlərin səbəbini açıqlayıb

“Bakıelektrikşəbəkə” Azərbaycan paytaxtında elektrik enerjisi ilə bağlı problemlərin səbəbini açıqlayıb
# 08 fevral 2012 12:39 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə»nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, adı çəkilən stansiyaların işinin dayandırılmasına səbəb suyun donmasıdır və bunun nəticəsində «Azərenerji»nin «Bakıelektrikşəbəkə»yə verdiyi enerjinin həcmi 25% azalıb. Nəticədə Bakının Xətai, Nizami, Suraxanı, Sabunçu və Xəzər rayonlarının bir sıra istehlakçılarına elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

T.Mustafayev hazırda fasilələrin aradan qaldırılması üçün tədbirlərin görüldüyünü və elektrik stansiyaları işə düşən kimi istehlakçıların enerji təminatının bərpa olunacağını söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR