Türkiyə səfiri Gəncə şəhərinə səfər edib

Türkiyə səfiri Gəncə şəhərinə səfər edib
# 23 may 2012 15:30 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Gəncə şəhərinə səfər edib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, türkiyəli diplomat ilk olaraq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.

Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran H. Kılıç Azərbaycanda çalışdığı müddətdə dəfələrlə Gəncə şəhərinə səfər etdiyini bildirərək hər səfərində şəhərin sosial-iqtisadi inkişafında yeniliklər gördüyünü söyləyib. O, “Eurovision-2012” mahnı yarışmasında Türkiyə və Azərbaycan təmsilçilərinə uğurlar arzulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR