Azərbaycan MSK-nın keçmiş sədri Cəfər Vəliyev vəfat edib

Azərbaycan MSK-nın keçmiş sədri Cəfər Vəliyev vəfat edib
# 01 iyun 2012 08:50 (UTC +04:00)
APA-nın məlumatına görə, C. Vəliyev iyunun 1-də 82 yaşında dünyasını dəyişib.

Cəfər Vəliyev 1930-cu il noyabrın 12-də Bakıda anadan olub. 1953-cü ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Müxtəlif vəzifələrdə çalışmış C. Vəliyev 1962-1971-ci illərdə Azərbaycan Respublikası Prokurorunun birinci müavini, 1971-1978-ci illərdə Azərbaycan KP MK-nin inzibati orqanlar şöbəsinin müdiri, 1979-1987-ci illərdə Azərbaycan SSR-in daxili işlər naziri, 1992-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri, daha sonra isə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri işləyib.

Hüquq elmləri namizədi (1963), professor(1993), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının hüquq doktoru (1991), Azərbaycanın əməkdar hüquqşünası (1990), daxili xidmət general-leytenantıdır.

Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenləri, həmçinin SSRİ, Polşa, Çexoslovakiya, Monqolustan və Kubanın orden və medalları ilə təltif edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR