«Ekonomist» analitik jurnalının növbəti sayı çapdan çıxıb

«Ekonomist» analitik jurnalının növbəti sayı çapdan çıxıb
# 04 iyun 2012 09:04 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 27 buraxılışı işıq üzü görüb.

«Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər. Jurnalın bu sayında ölkənin bank sektorunda cari problemlər haqqında məqalələr, bankların I rübün nəticələri üzrə renkinqləri, sığorta şirkətlərinin yanvar-aprel ayları üzrə renkinqləri, Abşeronda bağ evlərinin kirayəsi bazarının araşdırılması, Azərbaycanda abituriyentlər arasında təhsil hazırlığının aşağı səviyyədə olması haqqında və s. məqalələr dərc olunub.

Qeyd edək ki, «Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qasid», «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.

Jurnal ayda bir dəfə, rus dilində, A4 formatında nəşr olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR