TRT «Avaz» kanalı «Oba gündəmi» adlı yeni proqramın yayımına başlayır

TRT «Avaz» kanalı «Oba gündəmi» adlı yeni proqramın yayımına başlayır
# 02 aprel 2012 09:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. TRT «Avaz» kanalı «Oba gündəmi» adlı yeni proqramın yayımına başlayır. TRT-nin Bakı ofisindən APA-ya verilən məlumata görə, Orta Asiya, Qafqaz və Balkan regionundan bəhs edən proqram hər həftənin çərşənbə günləri Bakı vaxtı ilə saat 22:00-da yayımlanacaq.

Proqramın əhatə etdiyi bölgələrin yaşadığı sıxıntılar, əldə etdikləri nailiyyətlər geniş şəkildə ekrana gətiriləcək. Proqramın bu həftə yayımlanacaq bölümü Ermənistandakı Metsamor atom elektrik stansiyasına həsr olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR