KXCP sədrinin daha iki müavini istefa verib

KXCP sədrinin daha iki müavini istefa verib
# 04 oktyabr 2012 13:12 (UTC +04:00)
Rüfət Sahiboğlunun APA-ya verdiyi məlumata görə, o, fraksiyanın genişlənməsi və bütün diqqəti bu istiqamətə yönəltmək üçün bu addımı atıb: “KXCP sədrinin müavinliyindən və Mərkəzi Seçki Qərargahı üzvlüyündən istefa verdiyimi bəyan edirəm. Bundan sonrakı fəaliyyətimi "Demokratik Birlik" fraksiyasının genişlənməsi və öz məqsədlərinə çatması istiqamətində davam etdirəcəyəm.”

KXCP sədr müavini Qaya Əliyev də eyni səbəbdən istefaya getdiyini deyib. O bildirib ki, eyni zamanda partiyada sıravi üzv kimi qalacaq: “Müavinlikdən və Mərkəzi Seçki Qərargahı üzvlüyündən istefa vermişəm. Partiyada sıravi üzv kimi sağlam təfəkkürlü üzvlərlə birlikdə partiyanın Xətai rayon şöbəsində fəaliyyətimi davam etdirmək fikrindəyəm və üzvlük qeydiyyatımın aparılması üçün həmin şöbəyə müraciət etmişəm. Bundan sonra diqqətimi “Demokratik Birlik” fraksiyasının inkişafına yönəldəcyəm”.

Qeyd edək ki, bunda əvvəl Ədalət Yusibov və Fikrət Cəfərov da müavin postundan istefa verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR