Londonda Azərbaycan bədii və sənədli filmləri festivalı keçiriləcək

Londonda Azərbaycan bədii və sənədli filmləri festivalı keçiriləcək
# 18 oktyabr 2012 14:34 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Noyabrın 1-dən 4-dək Londonda Azərbaycan bədii və sənədli filmlərinin festivalı keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Festival Avropa-Azərbaycan Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Neft Fondu tərəfindən təşkil olunacaq. Festival çərçivəsində Azərbaycan rejissorları ilə diskussiyanın keçirilməsi nəzərdə tutulur. Eyni zamanda bədii sənətin sərgisi də nümayiş olunacaq.

Festivalda “Buta” (Rejissor İlqar Nəcəf), “Müqəddəs heyvan” (Yavər Rzayev), “40-cı Qapı” (Elçin Musaoğlu), “Seçki dairəsi” (İlqar Safat) filmləri göstəriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR