Kulturoloqların II Beynəlxalq Bakı Forumunun açılışı keçirilib - FOTO

Kulturoloqların II Beynəlxalq Bakı Forumunun açılışı keçirilib - <font color=red>FOTO</font>
# 12 iyun 2012 09:35 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Muzey Mərkəzində Kulturoloqların II Beynəlxalq Bakı Forumunun açılışı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev forumda yerli mütəxəssislərlə yanaşı 10 ölkədən, o cümlədən Böyük Britaniya, Türkiyə, Rusiya, Gürcüstan, Macarıstan, Ukrayna Qazaxıstan, Belarus, Qırğızıstan və Özbəkistandan nümayəndələrin iştirak etdiyini xatırladıb. Nazir bildirib ki, ilk dəfə bu forum iki il bundan əvvəl keçirilib və həmin il tədbirdə 4-5 ölkədən nümayəndələr iştirak edib. Əbülfəs Qarayev forumun işini yüksək qiymətləndirib: “Kulturologiya elminin müasir elm olduğunu nəzərə alaraq, onun ətrafında müzakirələr, dövlət siyasəti müəyyənləşdirən bir nəzəri ixtiralar bizim üçün vacibdir. Əgər ilk forumda 4-5 ölkə iştirak edirdisə, bu gün artıq 10 ölkənin nümayəndəsi təmsil olunur. Bu da ondan xəbər verir ki, qeyd olunan sahə bizim alimlər və xaricdə yaşayan mütəxəssislər üçün olduqca maraqlıdır. Azərbaycan son illər öz mədəniyyətinin inkişaf tempi ilə, onun xarici ölkələrdə nümayiş olunma imkanları ilə, silsilə şəkildə keçirilən tədbirlərlə dünya ictimaiyyətinin diqqətini cəlb edir. Belə konfranslar elm və nəzəriyyənin inkişafına yeni qapılar açır”.
Tədbirdə millət vəkili Nizami Cəfərov, “Simurq” Assosiasiyasının prezidenti Fuad Məmmədov çıxış ediblər.
Tədbirin əsas mövzusu - “Dövlətin inkişafında mədəniyyət siyasətinin rolu”dur. İki günlük forum zamanı mədəniyyətin tədqiqi, habelə beynəlxalq mədəni əlaqələrin yaradılması sahəsində səmərəli fəaliyyətə görə nazirliyin diplomları ilə təltif olunma mərasimi də təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR