ATƏT-in Bakı ofisi Mingəçevirdə jurnalistlər üçün seminar təşkil edəcək

ATƏT-in Bakı ofisi Mingəçevirdə jurnalistlər üçün seminar təşkil edəcək
# 16 may 2012 11:48 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ATƏT-in Bakı ofisi iyunun 4-8-də Mingəçevirdə insan alveri, məcburi əmək və mütəşəkkil cinayətkarlıq mövzularında təhqiqat aparan azərbaycanlı jurnalistlər üçün seminar proqramı təşkil edəcək. APA-nın xəbərinə görə, seminarda 15-ə yaxın media mənsubu iştirak edəcək. Onlar beynəlxalq və yerli ekspertlərin iştirakı ilə qeyd olunan sahələrdə jurnalist təhqiqatlarına dair müasir metodlar və qabaqcıl praktikanı, eləcə də insan alveri və məcburi əmək qurbanlarına yardım məsələlərini müzakirə edəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR