İsrailin xarici işlər naziri qondarma “erməni soyqırımı”nın tanınmasına qarşı çıxıb

İsrailin xarici işlər naziri qondarma “erməni soyqırımı”nın tanınmasına qarşı çıxıb
# 06 fevral 2012 11:22 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. İsrailin xarici işlər naziri Aviqdor Liberman qondarma “erməni soyqırımı”nın tanınmasına qarşı çıxıb. APA-nın “İzrus” saytına istinadən yaydığı məlumata görə, Aviqdor Liberman bu fikirlərini kanallardan birinə açıqlamasında ifadə edib.

“İsrail yarandığı gündən Xolokost termininin digər müharibə və faciəyə tətbiq olunmasına qarşı çıxır. Hesab edirik ki, yəhudi xalqının İkinci Dünya Müharibəsi dövründə yaşadıqları heç kimin faciəsi ilə müqayisə oluna bilməz. Afrika, Asiya, Balkan bölgəsində digər münaqişələri və vəhşicəsinə qətlləri terminologiya metodu ilə növbəti Xolokost kimi təqdim etmək qəbul oluna bilməz. Biz tarixin bütün kədərli səhifələrinin, bütün faktların olduğu kimi təqdim olunmasına tərəfdarıq. Fransadan başqa heç bir ölkə qanuni olaraq erməni soyqırımını qəbul etməyib. Biz bu prosesə müdaxilə etməyə hazırlaşmırıq. Bu gün tarixi hadisələr siyasi mübahisəyə çevrilib. Buna görə də hesab edirəm ki, İsrail bu problemə qarışmamalıdır”.

Xatırladaq ki, ötən ilin dekabrında “erməni soyqrımı” məsələsi Knessetin təhsil və mədəniyyət komissiyasında müzakirə olunub. İsrail XİN-in nümayəndəsi komissiyadakı müzakirələrdə “erməni soyqrımı”nın tanınmasına qarşı çıxıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR