“Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na dəyişiklik edilib

“Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na dəyişiklik edilib
# 05 mart 2012 14:07 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na dəyişiklik edib. APA-nın qurumun saytına istinadən verdiyi məlumata görə, "Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" prezidentin 2011-ci il 27 dekabr tarixli 1941 nömrəli sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə verilən qərara əsasən "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Uşaq evləri" və "Məktəbəqədər təhsil müəssisələri" bölmələri ləğv edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR