Vaqif Cavadov: “Bakıda tam fərqli oyun olacaq”

Vaqif Cavadov: “Bakıda tam fərqli oyun olacaq”
# 17 oktyabr 2012 12:11 (UTC +04:00)
Bakı – APA. “Nəticə bizi çox təəssüfləndirir. Çünki son dəqiqələrdə penaltidən top buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov deyib.

Millimiz 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində Rusiyaya uduzdu – 0:1. Moskvada baş tutan qarşılaşma barədə danışan “Qarabağ”ın hücumçusu meydan sahiblərinin heç nə edə bilmədiyini söyləyib: “Düzdü, rusiyalılar üstünlüyə malik idilər. Topu son dəqiqlərdə buraxmağımız isə bizə çox pis təsir etdi. Amma neynəmək olar, Rusiya yığmasını Bakıda gözləyirik. Düşünürəm ki, Bakıda tam fərqli oyun olacaq. Fikrimcə, rəqib bu gün qalib gəlsə də, yaxşı oynamadı. Uşaqlar sonacan vuruşdular, çalışdılar. Düşünürəm ki, biz ləyaqətli oyun göstərdik. Azacıq bəxtimiz gətirmədi. Penalti epizoduna gəlincə, qayda pozuntusu cərimə meydançasının kənarında baş vermişdi”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR