Əli Əhmədov: “İranda tapılan məzarlığın hansı səbəbdən meydana gəlməsi araşdırılmalıdır”

Əli Əhmədov: “İranda tapılan məzarlığın hansı səbəbdən meydana gəlməsi araşdırılmalıdır”
# 05 noyabr 2012 12:07 (UTC +04:00)
Bakı. Könül Kamilqızı - APA. “İlk növbədə İranda tapılan məzarlığın hansı səbəbdən və kimlərin günahı üzündən meydana gəlməsi araşdırılmalıdır”. APA-nın xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov İranda azərbaycanlılara məxsus məzarlığın tapılaraq məhv edilməsi məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, böyük bir ədalətsizliyin nəticəsi kimi meydana gələn kütləvi məzarlıqların məhv edilməsi ədalətsizliyə bərabər olan bir addım sayıla bilər: “Bunu qəti şəkildə pisləyirəm. Hesab edirəm ki, bu, insanlıq fəlsəfəsinə ziddir, dinimizin tələblərinə uyğun gəlmir. Ümidvaram ki, bu sahədə hansısa bir nöqsan olubsa, bu tez bir zamanda aradan qaldırılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR