Cəlilabadda 22 yaşlı oğlan intihar edib

Cəlilabadda 22 yaşlı oğlan intihar edib
# 03 avqust 2012 07:38 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanın Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Cəlilabad rayon Prokurorluğundan bildirilib.

Hadisə rayonun Muğan kəndində qeydə alınıb. Kənd sakini, 22 yaşlı Rauf Mirzəcamal oğlu Ağayev yaşadığı ünvanda özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR