Bakıda yaşayış evində partlayış olub, xəsarət alan var

Bakıda yaşayış evində partlayış olub, xəsarət alan var
# 25 iyul 2012 14:06 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış evində partlayış olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, partlayış Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan birmərtəbəli üçotaqlı evin hamamında meydana gəlib.
Nəticədə 1 kv.m sahədə pəncərə çərçivəsi yanıb, ev sakini xəsarət alıb.
Yaralı xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə edilib. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. İlkin ehtimala görə, partlayışa propan qaz balonunda yaranmış sızma səbəb olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR