Dünya Bankı: Azərbaycanda Kənd İnvestisiyaları Layihəsinin ikinci fazasına bu il başlanacaq

Dünya Bankı: Azərbaycanda Kənd İnvestisiyaları Layihəsinin ikinci fazasına bu il başlanacaq
# 15 mart 2012 14:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı (DB) ilə Azərbaycan arasında həyata keçirilən Azərbaycan Kənd İnvestisiyaları Laiyhəsinin ikinci fazasının (AZKİL-II) bu ilin sonunadək qüvvəyə minəcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, bu barədə DB-nın sosial inkişaf şöbəsinin nümayəndəsi və AZKİL-ın tapşırıq qrupunun rəhbəri Daniel Ouen bildirib.

D.Ouenin sözlərinə görə, hazırda layihənin ikinci fazası çərçivəsində hazırlıq işləri aparılır ki, cari ilin sonunadək layihənin qüvvəyə minəcəyi gözlənilir. Layihə 7 illik dövrü əhatə edəcək: «İkinci fazada layihənin birinci mərhələsində görülmüş işlərin hesabatı hazırlanacaq, eyni zamanda ilkin mərhələdə əldə olunmuş təcrübənin ikinci fazada tətbiqi, bələdiyyələrlə daha sıx əməkdaşlıq və s. işlər nəzərdə tutulur».

Layihənin ikinci fazasına 600 icmanın cəlb olunması gözlənilir.

Qeyd edək ki, AZKİL-II layihəsinin ümumi dəyərinin 54 mln. ABŞ dolları həcmində olacağı gözlənilir. Bundan 30 mln. dolları DB-nın üzvü olan Beynəlxalq İnkişaf Agentliyi (IDA), 20 mln. dolları Azərbaycan hökuməti, 4 mln. dolları isə icmaların payına düşəcək. Layihənin həyata keçirirlməsi kənd yerlərində infrastrukturun yaxşılaşması, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı yerlərdə miqrasiyanın azaldılmasına dəsətək verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR