BMT-nin Tehrandakı ofisi qarşısında etiraz aksiyası keçirilib

BMT-nin Tehrandakı ofisi qarşısında etiraz aksiyası keçirilib
# 27 sentyabr 2012 16:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Bu gün Tehranda BMT-nin ofisi qarşısında etiraz aksiyası keçirilib. APA-nın İRNA-ya istinadən məlumatına görə, bir qrup insan ABŞ-da çəkilən və islam dinini, onun peyğəmbərini təhqir edən “Müsəlmanların məsumiyyəti” filminin istehsalına, eyni zamanda Fransanın “Charlie Hebdo” yumor jurnalının Məhəmməd peyğəmbərin karikaturasını dərc etməsinə kəskin etirazlarını bildiriblər. Piket iştirakçıları “ABŞ-a ölüm!”, “İsrailə ölüm!” şüarları səsləndirib, bu cür addımları pisləyiblər. Aksiya qətnamənin oxunması ilə başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR