Azərbaycan Beynəlxalq Bankının depozit portfeli 45% artıb
25 aprel 2012 09:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) depozit portfeli 2012-ci ilin I rübün sonuna 2,763 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 45% çoxdur.
Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 990,8 mln. manata bərabər olub ki, bu da ötən ilin aprelin 1-nə nisbətən 34,1% çoxdur.
Bu vəsaitlərdən 220 mln. manatı tələb olunanadək, 770,8 mln. manatı isə müddətli əmanətlərin payına düşüb.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə özəl hüquqi və şəxslərə məxsusdur.

Maliyyə
Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin kreditorlarının diqqətinə!
19:35
25 may 2024
"Green Fintech Startup Challenge"-ə müraciətlər davam edir!
17:52
25 may 2024
"Bank of Azerbaijan"nın kreditorlarının tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək
17:01
25 may 2024
Qarabağda Bir başlanğıc daha: Kapital Bank-ın Xankəndi filialı açılıb
14:57
25 may 2024