KXCP Ali Məclisinin sessiyası keçirilib

KXCP Ali Məclisinin sessiyası keçirilib
# 16 iyul 2012 12:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sessiyası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi proseslər müzakirə olunub və bu mövzuda KXCP sədri Mirmahmud Mirəlioğlunun çıxışı dinlənilib.

Sonra iclasda təşkilatı məsələlərlə bağlı bir sıra qərarlar qəbul olunub. Ali Məclis İranda həbs olunan Azərbaycan vətəndaşları, şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin müdafiəsinin daha təsirli təşkilinin vacibliyini vurğulayıb. Partiya hökuməti bu məsələdə intensivliyi artırmağa çağırıb.

Toplantıda ötən il Aran bölgəsində Kür çayının məcrasından çıxması ilə nəticələnən hadisədən zərər çəkənlərin qarşılaşdığı problemlər də müzakirə mövzusu olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR