Azərbaycan və Ermənistan deputatları Türkiyədə keçiriləcək tədbirdə iştirak edəcəklər

Azərbaycan və Ermənistan deputatları Türkiyədə keçiriləcək tədbirdə iştirak edəcəklər
# 01 noyabr 2012 14:14 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Milli Məclisin (MM) deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) sədr müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev noyabrın 1-dən 3-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.

MM-dən APA-ya verilən məlumata görə, A.Hacıyev QDİƏT PM-nin prosedur qaydaları üzrə işçi qrupunun dördüncü iclasında iştirak edəcək. Öncə işçi qrup cari ilin sentyabrında Ankarada keçirilmiş iclasında konsensus əldə edilməmiş düzəlişlərə yenidən baxacaq. Sonra qurumdakı Türkiyə, Rumıniya və Ermənistan nümayəndə heyətlərinin prosedur qaydalarına dair təklifləri müzakirə olunacaq.

A.Hacıyev Azərbaycanın mövqeyindən çıxış edərək həmin məsələlərə münasibət bildirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR