İtaliyanın dövlət borcunun həcmi rekord göstəriciyə yaxınlaşıb

İtaliyanın dövlət borcunun həcmi rekord göstəriciyə yaxınlaşıb
# 05 mart 2012 10:23 (UTC +04:00)
Bakı - APA-Economics. İtaliyanın dövlət borcunun həcmi 2011-ci ildə artaraq ÜDM-ə nisbəti 120,1%-ə çatıb.

APA-Economics”in xəbərinə görə, hazırda bu göstərici 1996-cı ilin rekord göstəricisindən 1 faiz bəndi geri qalır.

Bununla belə, büdcə kəsiri illik müqayisədə azalaraq ÜDM-ə nisbəti 3,9% olub. İqtisadi artım isə cəmi 0,4%-ə bərabər olub. Ötən ilin III və IV rüblərində ÜDM 0,3% və 0,7% azalıb ki, nəticədə ölkədə texniki böhran qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR