“Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTOSESSİYA
22 oktyabr 2012 10:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüseyn Cavidin Ev Muzeyinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyinə həsr edilmiş “Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. APA-nın xəbərinə görə, konfransda çıxış edən AMEA prezidenti Mahmud Kərimov bildirib ki, Hüseyn Cavid fəlsəfi-estetik məzmuna malik əsərləri ilə Azərbaycan ədəbiyyatında yeni mərhələnin başlanğıcını qoyub. Romantizm cərəyanının ən güclü nümayəndəsi olan Hüseyn Cavid özünün lirik əsərləri, mənzum faciə və tarixi dramları ilə Azərbaycanın zəngin bədii fikir xəzinəsində layiqli yer tutub.
3 gün davam edəcək konfransda ümumilikdə 63 alimin məruzəsi dinləniləcək. Konfrans ənənəvi olaraq Hüseyn Cavidin abidəsi önündə keçiriləcək “Cavid poeziya günü” ilə davam edəcək. Konfransa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında H. Cavidin anadan olmasının 130 illiyinə həsr edilmiş təntənəli yubiley tədbiri ilə yekun vurulacaq.

Ədəbiyyat
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim - FOTO
13:44
6 may 2024
Gəncə Dövlət Filarmoniyasında Əhməd Cavada həsr olunmuş "Qiraət axşamı" keçirilib
11:15
6 may 2024
Ulucay Akifə "Ədəbiyyat adamı” mükafatı verilib - FOTO
12:09
3 may 2024
Bakıda Pakistanın tarixindən bəhs edən kitabın təqdimatı baş tutub - FOTO
20:12
2 may 2024