Sudan prezidenti: «Cənubi Sudan ordusu qaçır və geri çəkilir»

Sudan prezidenti: «Cənubi Sudan ordusu qaçır və geri çəkilir»
# 20 aprel 2012 23:47 (UTC +04:00)
Bakı-APA. Sudan prezidenti Ömər əl-Bəşir bu ölkənin ordusunun Cənubi Sudanın hərbi birləşmələrinə qalib gəldiyini bəyan edib.

«Biz onlara möhkəm zərbə endirmişik, onlar qaçırlar və geri çəkilirlər», deyə dövlət başçısı bildirib.

Əl-Bəşir Cənubi Sudan prezidenti Salva Kirin qeyd-şərtsiz Kordofan əyalətindən çəkildikləri barədə sözlərini təkzib edib.

Sudan prezidenti Cənubi Sudan hakimiyyətini Darfur bölgəsinə, həmçinin Cənubi Kordofan ştatına hücum etməkdə və bu bölgələrdəki qiyamçıları dəstəkləməkdə günahlandırıb.

Ötən həftə Cənubi Sudan hərbi birləşmələri Sudanın Kordofan əyalətinə hücum ediblər. Hücumdan sonra Sudan cənubdakı qonşusunu təcavüzdə ittiham edib. Cənubi Sudanın hərəkətlərini Ərəb Dövlətləri Liqası və BMT pisləyib.

İri neft yatağı olan «Heqliq» Kordofan əyalətinin ərazisində yerləşir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR