Şabran ərazisində baş verən yol qəzasında ata və oğul ölüb

Şabran ərazisində baş verən yol qəzasında ata və oğul ölüb
# 03 avqust 2012 16:04 (UTC +04:00)
Şabran. Vəli Turan-APA. Bu gün günorta saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 135-ci kilometrliyində, Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın Şimal bürosunun verdiyi məlumata görə, “VAZ 2106” markalı maşının yoldan çıxaraq ağaca çırpılması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölənlər “Vaz 2106”nın sürücüsü, Sumqayıt şəhər sakini, 1940-cı il təvəllüdlü Habil Ağakişiyev və onun oğlu Asəf Ağakişiyevdir. Qəza nəticəsində Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Şücayət Ağakişiyev və Sumqayıt şəhər sakini, 1956-cı il təvəllüdlü Soltan Quliyev xəsarət alıb. Xəsarət alanların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR