Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı açıqlanıb

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı açıqlanıb
# 18 iyul 2012 10:38 (UTC +04:00)
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti görüşü sentyabrın sonlarında BMT Baş Assambleyasının növbəti sessiyasının açılış mərasimi çərçivəsində baş tuta bilər. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə əvvəlcə Avropa paytaxtlarından birində ayrıca görüş keçirməyi təklif ediblər. Bundan sonra isə sentyabrda Nyu-Yorkda xarici işlər nazirlərinin ikitərəfli görüşü baş tuta bilər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR