ABŞ səfiri: “ASALA-nın Azərbaycan səfirliyinə təhdid dolu məktub göndərməsi barədə məlumat bizi narahat edir”
10 sentyabr 2012 13:41 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. ABŞ-ın Azərbaycandakı səfiri ölkəmizin Budapeştdəki səfirliyinin ünvanına ASALA terror təşkilatı tərəfindən təhdidlərin daxil olmasına dair xəbərlərdən narahatlığını ifadə edib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə ABŞ səfiri Riçard Morninqstar bəyan edib.
“Mən ABŞ Dövlət Departamentinin Ramil Səfərovla bağlı bəyanatını tam dəstəkləyirəm. Narahatlığım ondan ibarətdir ki, bu hadisə regionda stabilliyi bərqərar etməyə yönəlməyib, əksinə böyük problem yaradır. ABŞ hər iki tərəfin regionda vəziyyəti gərginləşməyə yönəlmiş istənilən addımlarından narahatdır. Bizi Azərbaycan səfirliyinə ASALA tərəfindən məktub göndərilməsi məlumatı da narahat edir”.
Səfir Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin ATƏT-in Minsk Qrupunun köməyi ilə konstruktiv istiqamətdə davam edəcəyinə ümidvar olduğunu deyib: “Biz münaqişənin nizamlanması üçün tərəflər arasında dialoqun davam etdirilməsində maraqlıyıq”.

Xarici siyasət
Azərbaycanla Qambiya arasında diplomatik passport sahibləri üçün viza rejimi ləğv edilib
23:10
4 may 2024
Ceyhun Bayramov İƏT-in Qida Təhlükəsizliyi üzrə baş direktoru ilə görüşüb
22:46
4 may 2024
Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətlər müzakirə olunub - FOTO
22:21
4 may 2024
İƏT-in XVI İslam Sammiti Azərbaycanda keçiriləcək
22:03
4 may 2024