Azərbaycan Mərkəzi Bankı əməkdaşların naharla təmin olunması üçün tender keçirir

Azərbaycan Mərkəzi Bankı əməkdaşların naharla təmin olunması üçün tender keçirir
# 25 sentyabr 2012 14:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) 5 lot üzrə kotirovka sorğuları keçirir.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, birinci lotda AMB-nin yeni dizaynlı internet səhifəsinin sifarişi, internet səhifəsində «I-pad», «I-phone», «Android», «Blackberry» kommunikasiya cihazları üçün yeni tətbiqlərin, həmçinin yeni modulların əlavə edilməsi və digər dəstəkləyici xidmətlər, ikinci lotda AMB-nin beynəlxalq standartlara cavab verən korporativ stil elementlərinin yaradılması, üçüncü lotda AMB-nin ofislərinin inzibati binalarının fasadının təmizlənməsinə dair xidmətlərin satın alınması, dördüncü lotda AMB üçün printer/sürətçıxaran skaner aparatının alınması və sonuncu lotda AMB-də fəaliyyət göstərən Məhvetmə Komissiyasının üzvlərinin gündə bir dəfə naharla təmin edilməsi qeyd olunub.

Sorğuda iştirak etmək istəyənlər müvafiq sənədlərini oktyabrın 3-dək AMB-yə təqdim edə bilərlər. Zərflər isə oktyabrın 4-də AMB-nin inzibati binasında açılacaq.

Qeyd edək ki, sorğuda iştirak haqqı I lot üçün 50 manat, II lot üçün 30 manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR