“Naxçıvan şəhərinin su təchizatı və kanalizasiyası” layihəsi üzrə Naxçıvan MR Nazirlər Kabinetinə 2,5 mln. manat vəsait ayrılıb

“Naxçıvan şəhərinin su təchizatı və kanalizasiyası” layihəsi üzrə Naxçıvan MR Nazirlər Kabinetinə 2,5 mln. manat vəsait ayrılıb
# 03 sentyabr 2012 09:06 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanın baş naziri Artur Rasizadə “Naxçıvan şəhərinin su təchizatı və kanalizasiyası” layihəsi üzrə işlərin yerinə yetirilməsi üçün Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabinetinə 2,5 mln. manat vəsait ayrılması barədə sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, bu məbləğdə pul “Azərsu” ASC-yə Bakı şəhərinin “20-ci sahə” qəsəbəsi və ətraf ərazilərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsində Azərbaycan tərəfinin payı kimi nəzərdə tutulmuş vəsaitin 2,5 mln. manat azaldılması hesabına ayrılıb.

Sərəncamın yerinə yetirilməsi üçün Maliyyə Nazirliyinə müvafiq tapşırıq verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR