Siyəzən sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

Siyəzən sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub
# 26 avqust 2012 08:57 (UTC +04:00)
Siyəzən. Vəli Turan – APA. Siyəzən şəhər sakini, 46 yaşlı Elşən Ələkbər oğlu Ələkbərovu avqustun 24-də Xızı rayonu ərazisində odlu silahla qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs olunub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən 1955-ci il təvəllüdlü Məhərrəm Məhəmməd oğlu Neybətov saxlanılıb.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR