Türkmənistan İrana qaz ixracını iki dəfə azaldıb

Türkmənistan İrana qaz ixracını iki dəfə azaldıb
# 06 fevral 2012 11:21 (UTC +04:00)
Bakı - APA-Economics. Türkmənistan İrana qaz ixracını iki dəfə azaldaraq, sutkada 20 mln. kubmetrdən 10 mln. kubmetrə endirib.

APA-Economics”in “MEHR” agentliyinə istinadən xəbərinə görə, buna səbəb güclü şaxta nəticəsində qaz kəmərlərində meydana gələn nasazlıqlardır.

İran Milli Qaz Şirkətinin rəhbəri Cavad Ouci “Bloomberg”ə açıqlamasında faktı təsdiqləyib. O, İranın hazırda qaz çatışmazlığı ilə üzləşmədiyini desə də, əhalini və şirkətləri enerji resurslarından qənaətlə istifadə etməyə çağırıb. Şirkət rəhbəri Türkiyəyə nəql etdikləri qazın həcminin də azalmadığını, bu göstəricinin sutkada 30 mln. kubmetr səviyyəsində saxlanıldığını bildirib.

Qeyd edək ki, İran və Türkmənistanı iki qaz kəməri birləşdirir. Onların sutkalıq gücü 50 mln. kubmetr təşkil edir. Türkmənistan ildə 80 mlrd. kubmetr təbii qaz hasil edərək İran, Rusiya və Çinə ixrac edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR