Suriya müxalifəti xaricdən silahlandırıldığını etiraf edib

Suriya müxalifəti xaricdən silahlandırıldığını etiraf edib
# 13 mart 2012 02:40 (UTC +04:00)
Bakı-APA. Suriya müxalifətinin nümayəndələri bəzi xarici ölkələrin onlara silahlanmaqda kömək etdiklərini bildiriblər. Bu barədə APA Reyter agentliyinə istinadən məlumat verir.

İstanbulda keçirdiyi mətbuat konfransında Suriya Milli şurasının (SMŞ) nümayəndəsi Corc Səbra bildirib ki, müxalifət xarici ölkələrin köməyilə Bəşər Əsəd rejiminə qarşı mübarizə aparanlara silah ötürən xüsusi büro yaradıb.

Səbra sözügedən xarici dövlətlərin adlarını açıqlamayıb. O həmçinin xarici dövlətləri «dinc vətəndaşları müdafiə etmək üçün» Suriyaya müdaxilə etməyə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR