Yaponiyanın Azərbaycandakı səfiri Bərdədə olub

Yaponiyanın Azərbaycandakı səfiri Bərdədə olub
# 20 iyul 2012 16:47 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA. Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe bu gün Bərdə rayonuna səfər edib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, diplomat Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində Bərdənin Qaradırnaq kəndində inşa olunmuş tibb məntəqəsinin açılışına qatılıb.

Tədbirdə çıxış edən Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bildirib ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə rayonda 11 layihə həyata keçirilib. Təkcə Qaradırnaq kəndində tikilib istifadəyə verilən tibb məntəqəsindən yararlanacaq insanların sayı 13 min nəfərdən çoxdur.

Ş. Vatanabe isə jurnalistlərə açıqlamasında deyib ki, ölkəsində baş verən dəhşətli sunami və zəlzələ fəlakəti zamanı Azərbaycan Yaponiya dövlətinə çox yüksək səviyyədə yardım göstərib: “Biz həmin anlar göstərdiyi yardıma görə Azərbaycan prezidentinə və xalqına minnətdarlıq edirik. Mən Azərbaycanda səfir olduğum müddət ərzində çalışacağam ki, bu cür humanitar layihələrin həyata keçirilməsində həmişə yaxından iştirak edim”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR