İctimai Palatanın sessiyası keçirilib

İctimai Palatanın sessiyası keçirilib
# 04 fevral 2012 12:21 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyasının qərargahında İctimai Palatanın (İP) sessiyası keçirilib. APA-nın məlumatına görə, sessiya İP-in Koordinasiya Şurasının (KŞ) üzvü Mehriban Vəzirin sədrli ilə baş tutub.
Sessiyada İP KŞ üzvləri – Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, həmçinin İP KŞ-nin digər üzvləri və İP-in sıravi üzvləri çıxış edib. Çıxışlarda kütləvi aksiyaların keçirilməsinin zəruriliyi vurğulanıb. Qeyd edilib ki, razılaşdırılmış aksiyaların keçirilməsinə çalışmaq lazımdır.

Sessiyada İP-in 2012-ci il üçün fəaliyyət planı təsdiqlənib, həmçinin bir sıra bəyanatlar qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR