“Nokia”nın 4 min əməkdaşı işsiz qalacaq

“Nokia”nın 4 min əməkdaşı işsiz qalacaq
# 08 fevral 2012 12:35 (UTC +04:00)
Bakı - APA-Economics. “Nokia” konserni smartfonların istehsalını Asiyaya keçirmək qərarına gəlib. “APA-Economics”İN “İTAR-TASS”a istinadən xəbərinə görə, bu halda Finlandiya, Macarıstan və Meksikada 4 min nəfər işsiz qala bilər.

Şirkət rəhbərliyi böhrandan çıxmaq məqsədilə yeni strategiya hazırlayıb və istehsalı Asiyaya keçirib. Buna səbəb smartfonlar üçün detalların Asiya ölkələrində buraxılmasıdır.

Qeyd edək ki, hazırda “Nokia” konserni ən pis vaxtlarını yaşayır. Ötən il dünya üzrə şirkətin satışları 9% azalaraq 38,7 mlrd. avroya enib. “Nokia”nın əsas rəqibi olan “Apple” isə rekord gəlir əldə etdiyini bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR