Magistraturaya qəbul imtahanının birinci mərhələsinin vaxtı dəyişdirilib

Magistraturaya qəbul imtahanının birinci mərhələsinin vaxtı dəyişdirilib
# 20 fevral 2012 09:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda magistraturaya qəbul imtahanının birinci mərhələsinin vaxtı dəyişdirilib. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

TQDK-nın qərarına əsasən fevralın 26-da Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı Azərbaycanda geniş miqyaslı tədbirlərin keçirilməsi nəzərə alınaraq magistraturaya qəbul imtahanının birinci mərhələsinin mart ayının 4-də keçirilməsi qərara alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR