Türkiyənin Eurovision 2012 təmsilçisi Can Bonomonun Bakı səhnəsində ifa edəcəyi mahnı təqdim olunub

Türkiyənin Eurovision 2012 təmsilçisi Can Bonomonun Bakı səhnəsində ifa edəcəyi mahnı təqdim olunub
# 22 fevral 2012 19:18 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Türkiyənin Eurovision -2012 mahnı müsabiqəsindəki təmsilçisi Can Bonomonun Bakı səhnəsində ifa edəcəyi mahnı ictimaiyyətə təqdim edilib. APA-nın məlumatına görə, “Love me back” (“Sən də məni sev”) mahnısı ingilis dilindədir. Söz və musiqisi Can Bonomonun özünə məxsus olan mahnı bir dənizçinin sevgisindən bəhs olunur. Mahnı Türkiyənin ritmləri üzərində hazırlanıb və Can Bonomonun üslubundadır. Təmsilçi bildirib ki, mahnının hazırlanmasında çoxsaylı musiqi alətlərindən istifadə olunub: “Çox həyəcanlıyam, mahnının hər kəs tərəfindən bəyəniləcəyinə inanıram. Bu mahnı bir balıqçının sevgisindən bəhs edir və bir məhəbbət mahnısıdır. Mahnının ruhuna uyğun bir rəqs planlaşdırırıq. Mahnı özü də ritmikdir və geyimimdə buna mahnının ruhuna uyğun olacaq deyə düşünürəm“.

Mahnının təqdimatında Azərbaycanın Eurovision müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova da iştirak edib. Hüsniyə Məhərrəmova mahnının təqdimatından əvvəl səhnəyə dəvət edilib və qardaş ölkəni Azərbaycana dəvət edib: “Türkiyə təmsilçisi Can Bonomonun mahnısının bu ilin nömrə bir hiti olacağına inanıram. Dünəndən Türkiyənin Eurovision-2012 yarışmasına necə hazırlaşdığını müşahidə edirəm və bu hazırlığı çox təqdir etdim”. H.Məhərrəmova Türkiyədən canlı efirdən 42 ölkəni Odlar Yurdu - Azərbaycana dəvət edib.

30 dəqiqəlik davam edən təqdimat mərasimində Can Bonomo repertuarında tanınan digər mahnılardan da ifa edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR