İordaniya qəzetində Xocalı faciəsinə həsr olunmuş “Azərbaycan holokostu” başlıqlı yazı dərc edilib

İordaniya qəzetində Xocalı faciəsinə həsr olunmuş “Azərbaycan holokostu” başlıqlı yazı dərc edilib
# 23 fevral 2012 11:55 (UTC +04:00)
Bakı – APA. Fevralın 23-də İordaniyanın gündəlik ərəbdilli “Əl-Diyar” qəzetində yerli jurnalist Yelena Nedoqinanın Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan holokostu” adlı məqaləsi çap olunub. Azərbaycanın İordaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Xocalı faciəsindən yazan müəllif yazısında oxucuların diqqətini ötən əsrin 90-cı illərinin əvvəllərində Sovet İttifaqının süqutundan sonra yaranmış ağır vəziyyətdən yararlanan Ermənistan hakimiyyətinin xarici havadarlarının maddi və mənəvi dəstəyi ilə qonşu Azərbaycana qarşı apardığı təcavüzə cəlb edib. Müəllif öz məqsədlərinə nail olmaq üçün hətta dinc azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın həyata keçirən Ermənistan hakimiyyətinin bu vəhşiliklərini bütün bəşəriyyətə qarşı törədilmiş cinayət adlandırıb.

Yazıda bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının İndoneziyada keçirilmiş 7-ci toplantısında Xocalı faciəsinin bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirildiyi qətnamə haqqında ictimaiyyətə geniş məlumat verilib, BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzün dərhal dayandırılmasını, işğal olunmuş Azərbaycan torpaqlarından işğalçı qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin hələ də icra olunmaması beynəlxalq ədalətsizliyin təcəssümü kimi ifadə edilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR