Azərbaycanın Rusiyadan aldığı Mi-35 helikopterləri üçün simulyatorların çatdırılmasına martın sonlarından başlanacaq

Azərbaycanın Rusiyadan aldığı Mi-35 helikopterləri üçün simulyatorların çatdırılmasına martın sonlarından başlanacaq
# 06 mart 2012 11:48 (UTC +04:00)
APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, artıq istehsalçı şirkət tərəfindən Azərbaycanın sifarişi üzrə simulyator hazırlanıb. Avadanlığın çatdırılması Azərbaycan tərəfdən simulyator mərkəzinin tikintisinin hələ başa çatmaması ilə əlaqədar ləngiyir.

Simulyator Azərbaycanda qurulduqdan sonra istehsalçı şirkətin mütəxəssisləri tərəfindən Azərbaycan tərəfdən təlim prosesinə nəzarət edəcək müəllim heyətinə treninqlərin keçirilməsi nəzərdə tutulur.

Məlumatda qeyd olunub ki, son illər Rusiya şirkətləri tərəfindən uçuş və quru nəqliyyatı texnikalarının virtual təlim sistemlərinin yaradılması sahəsində mühüm nailiyyətlər əldə olunub. Artıq Rusiya firmaları geniş spektrdə bu tip məhsullarını dünya bazarındakı tərəfdaşlarına təqdim etməyə başlayıblar.

Qeyd edək ki, simulyatorun istehsalçısı «Tranzas» şirkəti Azərbaycanla yanaşı, Braziliya, Hindistan və Kiprdən də Mi-35 və Mi-17 tipli helikopterlər üçün simulyatorlar sifariş alıb. Hazırda digər ölkələrlə imzalanmış müqavilələr üzrə çatdırılmaların təmin olunması üçün işlər aparılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR