Ötən il Türkiyənin Latın Amerikası ölkələri ilə ticarət dövriyyəsi 7 mlrd. dolları keçib

Ötən il Türkiyənin Latın Amerikası ölkələri ilə ticarət dövriyyəsi 7 mlrd. dolları keçib
# 15 mart 2012 08:55 (UTC +04:00)
Bakı - APA-Economics. Türkiyənin Latın Amerikası ölkələri ilə ticarət dövriyyəsinin həcmi 2011-ci ildə 7 mlrd. dolları keçib.

APA-Economics”in “Anadolu” agentliyinə istinadən xəbərinə görə, bu barədə Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Patino ilə görüşündə bildirib.

Onun sözlərinə görə, ötən il Türkiyənin Latın Amerikası ölkələrindən Peru, Braziliya, Kolumbiya, Argentina, Venesuela və Paraqvaya ixracatının həcmi rekord səviyyəyə çatıb.

Qeyd edək ki, 2002-ci ildə Türkiyənin Latın Amerikası ölkələri ilə ticarət dövriyyəsinin həcmi 896 mln. dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR