Bakıda daha bir qumarxana aşkarlanıb

Bakıda daha bir qumarxana aşkarlanıb
# 16 mart 2012 10:04 (UTC +04:00)
Bakı-APA. Azərbaycan paytaxtında qumarxana aşkarlanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istindən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu ərazisindəki internet klublarından birində, Bakı şəhər sakini Müzəffər Cəfərovun "On-line" sistemləri ilə qumarxana təşkil etməsi müəyyən edilib. Orada 9 ədəd kompüter, 34 ədəd kazino oyun maşınlarının idarəetmə qurğuları, qiymət cədvəlləri, 100 dollar və 12 manat uduş pulu aşkar olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR