Çeçenistanın maliyyə naziri Azərbaycana gələcək

Çeçenistanın maliyyə naziri Azərbaycana gələcək
# 30 mart 2012 13:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Çeçenistan öz investisiya layihələri və biznes imkanlarının Bakıda təqdimatını keçirəcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, aprelin 4-də Çeçenistan Respublikasının baş nazirinin müavini, maliyyə naziri Əli İsayevin Azərbaycana rəsmi səfəri çərçivəsində Azpromo tərəfindən Bakıda Çeçenistanın investisiya layihələri və biznes imkanları haqqında təqdimatın keçirilməsi planlaşdırılır. Tədbirdə Çeçenistanın nümayəndə heyəti rəsmi şəxslərlə təmsil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR