İyunun 1-dən etibarən içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalı dayandırılacaq

İyunun 1-dən etibarən içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalı dayandırılacaq
# 09 aprel 2012 10:29 (UTC +04:00)
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində iri dərman istehlakçısı olan şirkətlərinin nümayəndələri ilə keçirilən iclasda bu barədə xəbərdarlıq edilib.

Mərkəzin direktoru Əbülfəz Abdullazadə bildirib ki, bəzi dərman şirkətləri Səhiyyə Nazirliyinin bununla bağlı göstərişinə əməl etmir. İçliklərin Azərbaycan dilində olması ilə bağlı həmin şirkətlərə bir neçə dəfə rəsmi müraciətlər edildiyini deyən Ə. Abdullazadə deyib ki, bu problem 2012-ci ilə öz həllini tapmalıdır. Onun sözlərinə görə, iyunun 1-dək içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının Azərbaycan idxalına icazə verilməyəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR