Məhkəmə “Azadlıq” qəzetinin əməkdaşının apellyasiya şikayətini təmin edib
10 aprel 2012 12:40 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt Apellyasiya Məhkəməsində bir müddət əvvəl naməlum şəxslər tərəfindən oğurlanaraq döyülən "Azadlıq" qəzetinin əməkdaşı Seymur Həziyevin apellyasiya şikayətinə baxılıb. Sumqayıt Apellyasiya Məhkəməsi sözügedən işin araşdırması ilə bağlı Abşeron rayon Polis İdarəsinin və Abşeron rayon Məhkəməsinin qərarlarını qanunsuz sayaraq ləğv edib. Apellyasiya Məhkəməsi jurnalistin vəkillərinin tələblərini təmin edərək cinayət işini yenidən istintaqa qaytarıb.
APA-nın xəbərinə görə, bu barədə Media Hüququ İnistutu məlumat yayıb. Məlumatda “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həziyev dəfələrlə fiziki və psixoloji basqılara məruz qaldığı qeyd olunub. Bildirilib ki, Seymur Həziyev 2011-ci ilin mart ayının 25-dən 26-na keçən gecə hücumla üzləşib. İş üzrə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 132-ci maddəsi (döymə) ilə cinayət işi başlanıb. Ancaq araşdırmaların yekunu olaraq istintaq şöbəsi yetərli dəlillər olmadığını əsas gətirərək cinayət işi üzrə icraatın dayandırılmasına qərar verib. Media Hüququ İnstitutunun S.Həziyevi müdafiə edən vəkilləri həmin qərarı qanunsuz hesab edərək Abşeron rayon Məhkəməsinə şikayət ediblər. Ancaq məhkəmə şikayəti rədd edib. Abşeron Məhkəməsinin bu qərarından verilən apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsi baxıb. Məhkəmə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin və Abşeron rayon Məhkəməsinin iş üzrə qərarlarının qanunsuz olduğu qənaətinə gəlib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən cinayət işi yenidən istintaqa qaytarılıb.

Hadisə
Ziya Bünyadov-Atatürk prospektlərinin kəsişməsində, Aeroport şosesində yol-nəqliyyat hadisələri baş verib
09:38
18 may 2024
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO
23:39
17 may 2024
Bakının İstiqlaliyyət küçəsində kafedə tüstülənmə olub
21:26
17 may 2024
FHN: Kürdəmir və Saatlıda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib - VİDEO
19:55
17 may 2024