Azərbaycan Kopenhagendə keçirilən «Tullantılar və iqlim» konfransında iştirak edir

Azərbaycan Kopenhagendə keçirilən «Tullantılar və iqlim» konfransında iştirak edir
# 20 aprel 2012 09:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Kopenhagendə (Danimarka) II «Tullantılar və iqlim» beynəlxalq konfransı keçirilir.
«Təmiz Şəhər» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, 20 ölkədən 105 nümayəndənin iştirak etdiyi konfransda Azərbaycanı «Təmiz Şəhər» ASC təmsil edir.
ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov konfransın panel iclasındakı çıxışı zamanı tullantıların idarəedilməsi sahəsində Azərbaycanda görülən işlər haqqında iştirakçılara geniş məlumat verib və bu sahədə Azərbaycan təcrübəsinin digər MDB və Şərqi Avropa ölkələri üçün uğurlu nümunə ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, iki gün davam edəcək konfrans tullantıların idarəolunmasının iqlim dəyişikliyinin qarşısının alınmasında roluna həsr olunub. Konfransın keçirilməsində məqsəd aparıcı alimlərin və tullantıların idarəolunması ilə məşğul olan müəssisələrin ismarıclarını dünya ictimaiyyətinə çatdırmaqdır. Tədbirdə mövcud texnologiya və strategiyaların həm milli, həm də yerli səviyyədə təhlili, o cümlədən iqlim dəyişikliyi mövqeyindən material və karbon idarəolunmasının gələcək perspektivlərini müzakirə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR