Özbəkistanda “Varlı qadın”ın premyerası keçirilib

Özbəkistanda “Varlı qadın”ın premyerası keçirilib
# 23 aprel 2012 09:58 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Özbəkistanın Fərqanə Vilayət Musiqili Dram və Komediya Teatrında Əli Əmirlinin məşhur “Varlı qadın” komediyası əsasında hazırlanmış eyni adlı tamaşanın premyerası keçirilib. Əli Əmirlinin APA-ya verdiyi məlumata görə, tamaşanın quruluşçu rejissoru, Özbəkistanın xalq artisti, dövlət mükafatları laureatı Muhammadsoli Yusupov tamaşada “hansı dövrdə, hansı quruluşda və şəraitdə yaşamasından asılı olmayaraq insan ümumbəşəri dəyərlərə və humanizm prinsiplərinə sədaqətli olmalıdır” fikrini qabartmağa çalışıb. Pyesin süjeti sadədir: kasıblıq həddinə çatmış ailə birdən-birə varlanır, nəticədə mənəvi dəyərlər çox böyük sürətlə iflasa uğrayır, ailə ənənələri dağılmağa başlayır. Pyesin maddi cəhətdən varlanmış qəhrəmanları mənəviyyatca müflisləşirlər.

Ə. Əmirlinin bu komediyası 2008-ci ildə M. Vohidov adına Tacikistan Dövlət Gənclər Teatrının ifasında Almatıda Orta Asiya ölkələrinin ll Beynəlxalq Teatr Festivalında iki nominasiya üzrə qızıl medala layiq görüləndən sonra Orta Asiya respublikalarının və Dağıstanın səkkiz teatrında rus, qazax, qırğız, tacik, kumık, ləzgi və özbək dillərində tamaşaya qoyulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR