ABŞ nümayəndəsi: “İran öhdəliklərinə əməl etmək istəmir”

ABŞ nümayəndəsi: “İran öhdəliklərinə əməl etmək istəmir”
# 11 iyun 2012 07:33 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında keçirilən Vyana görüşündə heç bir nəticə əldə olunmadı”. APA-nın məlumatına görə, bunu ABŞ-ın beynəlxalq agentlikdəki nümayəndəsi Robert Vud deyib. O bildirib ki, İran hələ də öz vəzifələrini yerinə yetirmir: “Biz İranla aparılan müzakirələrdə irəliləyişin əldə edilməməsindən məyusuq. Danışıqların nəticəsiz başa çatması göstərir ki, Tehran öz öhdəliklərinə əməl etmək istəmir. Beynəlxalq aləmi narahat edən İranın nüvə proqramının həlli üçün Tehranın beynəlxalq agentliklə əməkdaşlığı zəruridir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR