Misir BVF-dən 4,8 milyard dollar kredit istəyib

Misir BVF-dən 4,8 milyard dollar kredit istəyib
# 24 avqust 2012 03:19 (UTC +04:00)
Bakı-APA. Misir rəsmən Beynəlxalq Valyuta Fondundan(BVF) ölkə iqtisadiyyatını xilas etmək üçün 4,8 milyard dollar məbləğində yardım istəyib.
APA-nın verdiyi xəbərə görə, Misirin baş naziri Hişam Kandil bildirib ki, bu vəsait siyasi sarsıntılardan və xalq üsyanından zərər çəkən ölkə iqtisadiyyatını stabilləşdirmək üçün zəruridir.
O ümid edib ki, kreditin verilməsi ilə bağlı Misir və BVF arasında müqavilə bu ilin sonuna qədər imzalanacaq və Misir bu pulları 5 il ərzində ildə 1,1 faiz dərəcəsi ilə qaytaracaq.
Xatırladaq ki, Misir keçən il analoji xahiş ilə BVF müraciət etmişdi.
Qahirənin 2.8 milyard dollar kreditin istəməsi ətrafında gedən danışıqlar nəticə verməmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR