Azərbaycan Müdafiə Nazirliyi: Nikolay Bordyuja özünü ermənilərin təmsilçisi kimi aparır
04 sentyabr 2012 13:17 (UTC +04:00)
Bakı – APA. “Bordyujanın tərəf tutması birinci hadisə deyil. O, sanki rəhbəri olduğu təşkilatın hansı mahiyyət daşıdığını dərk edə bilmir. Ramil Səfərovla bağlı məsələyə münasibət bildirməsinin isə onun səlahiyyət çərçivəsinə qətiyyən aidiyyəti yoxdur”. Bu sözləri APA-nın sorğusuna cavabında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyib.
E. Sabiroğlu bildirib ki, Nikolay Bordyuja özünü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş katiblikdən daha çox ermənilərin təmsilçisi kimi aparır: “Ona görə də Bordyujanın bu səbatsız açıqlamasına təəccüb etmirik. Görünür, əvəz qaytarmaq üçün digər yol seçə bilmir. Yalnız böyük çəkili öhdəliklər qarşılığında belə ultra ermənipərəstlik nümayiş etdirmək mümkündür. Ondan soruşmaq lazımdır ki, axı sən kimsən və hansı səlahiyyətlə bu hadisəyə münasibət bildirirsən? Bordyuja və onun kimilər beynəlxalq hüquq normalarını və qaydalarını özlərinə necə lazımdırsa, o cür də yozurlar. Əgər Ramil Səfərovla bağlı həqiqəti bilmək istəyirsə, Bordyuja 1983-cü ildə yaradılan və müstəqil dövlət kimi Azərbaycanın da qoşulduğu Strasburq konvensiyasının prinsiplərini nəzərdən keçirə bilər. Amma yenə də inanmırıq ki, ermənipərəstlik ona doğru mövqe seçməkdə maneçilik törətməsin”.
Qeyd edək ki, KTMT-nın baş katibi N. Bordyuja Azərbaycan hakimiyyətinin Ramil Səfərovun əfv olunması barədə qərarını tənqid edib, bildirib ki, bu addıma heç nə ilə haqq qazandırıla bilməz: “Bundan başqa, cinayətkarın qəhrəman elan olunması onsuz da yüksək olan regional gərginliyi daha da artıra bilər”.
Rus generalın fikrincə, R. Səfərovun məsuliyyətdən azad olunması haqqında Azərbaycan hakimiyyətinin qərarı beynəlxalq hüquq normalarına ziddir və cinayətkarlıq əleyhinə dövlətlərarası sistemin işini şübhə altına alır: “Əminəm ki, beynəlxalq ictimaiyyət baş verən hadisəyə obyektiv qiymət verməkdə yubanmayacaq”.

Xarici siyasət
Azərbaycan və Türkiyə XİN başçıları TDT-nin Şuşa sammitinə hazırlığı müzakirə edib
16:25
17 iyun 2024
Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
20:17
15 iyun 2024
Türkiyəli şərhçi: Şuşa Bəyannaməsi Türkiyənin Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyini qorumaq əzminin göstəricisidir
15:57
15 iyun 2024
Türkiyəli polkovnik: Azərbaycan və Türkiyə Şuşa bəyannaməsi çərçivəsində birgə uğurlu addımlar atıb
14:00
15 iyun 2024